Bu il tarixin ən isti ili ola bilər – PROQNOZ
24 aprel 2020 19:38 (UTC +04:00)

Bu il tarixin ən isti ili ola bilər – PROQNOZ

Avropanın və Amerikanın bəzi alimlərinin fikrincə, 2020-ci ilin bütün dünyada havanın hərarəti üzrə ən rekord göstərici ili ola bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ötən il ən isti kimi tarixə düşüb, bu il həmin rekordun yeniləcəyi istisna olunmur. 

ABŞ-ın okean və atmosfer tədqiqatları üzrə Milli İdarəsinin (NOAA) məlumatına görə, 2020-ci ilin ilk 3 ayı onsuz da müşahidələr tarixinin ən isti dövründən biri olub – bu müddət 2016-cı ilin eyni 3 ayı ilə müqayisədə temperatur rekordunda ikinci olub. NOAA alimləri 2020-ci ilin müşahidə tarixində 75 faiz ehtimalla tarixin ən isti ili olacağını proqnozlaşdırırlar. 

Temperatur xüsusilə Avropada aktiv yüksəlir – burada orta temperatur XIX  əsrdə ümumi dünyadakı ilə müqayisədə (1,1 dərəcə) 2 dərəcə yüksəlib. 

Britaniyanın iqlim araşdırmaları üzrə Milli mərkəzinin direktoru Rouen Sattonun sözlərinə görə, bu iki əsas amillə bağlıdır: birincisi, torpaq, ümumiyyətlə, okeandan daha sürətlə qızır, ikincisi, daha aktiv istiləşməyə Avropada hava çirkliliyinin azalması töhfə verir, bunun sayəsində yerin səthi də daha sürətlə qızdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921
avatar

Oxşar yazılar