Bazar günü hava necə olacaq? - PROQNOZ
18 aprel 2020 12:18 (UTC +04:00)

Bazar günü hava necə olacaq? - PROQNOZ


Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, respublikanın bəzi yerlərində duman olacaq.

Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz  16-19° isti, Bakıda  gecə 9-12° isti, gündüz  17-19° isti olacaq.

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 7-11° isti, gündüz  20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz  10-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Oxşar yazılar