Bakıya bu maşınlar buraxılmayacaq - AÇIQLAMA
19 mart 2020 13:16 (UTC +04:00)

Bakıya bu maşınlar buraxılmayacaq - AÇIQLAMA

Məlum olduğu kimi, dünən axşam saatlarından Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayon qeydiyyatında olmayanların paytaxta girişi qadağan edilib. Ancaq bu prosesdə də əhaliyə müəmmalı qalan bir sıra suallar ortaya çıxıb. Məsələn, vətəndaş özü rayon, avtomobil isə Bakı qeydiyyatında olduğu halda şəhərə buraxılacaqmı?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Lent.az-a aydınlıq gətirib:

“Tətbiq olunan qadağa Bakıda avtomobil sıxlığını aradan qaldırmaq üçün nəzərdə tutulmayıb. Bildiyiniz kimi, sözügedən qadağa ölkədə koronavirus əleyhinə aparılan mübarizə tədbirlərinin bir hissəsidir. Avtomobilin qeydiyyat ünvanından asılı olmayaraq, Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu qeydiyyatında olmayan vətəndaşların paytaxta girişinə martın 29-dək məhdudiyyət qoyulub. Ancaq Bakıda olan rayon qeydiyyatlı vətəndaşlar istədiyi vaxt şəhərdən çıxa bilərlər”.

Qeyd edək ki, dünən axşam saatlarından paytaxt Bakının giriş və çıxış məntqələrində postlar qurulub. Bakıya daxil olanların şəxsiyyət vəsiqəsi yoxlanılır və bölgələrdə qeydiyyatı olan şəxslər Bakıya buraxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171
avatar

Mehman Nəbiyev

Oxşar yazılar