Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri
24 aprel 2020 20:15 (UTC +04:00)

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri

"Bakının rayonlarında koronavirusa ən çox yoluxma Yasamal, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında qeydə alınıb. Bunun da səbəbi orada əhalinin sıxlığı ilə bağlıdır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, yoluxanlar arasında Yasamal 22.43 %, Sabunçu 12.2 %, Nəsimi 11.15 %, Binəqədi 11.37 %, Nizami 5.11 %,Xətai 5.31 %, Nərimanov 6.27 %, Qaradağ 3.02 %, Səbail 2.3%, Suraxanı 5.11 %, Xəzər 4,53 %, Pirallahı 0.93 % təşkil edib. 

Yoluxanların 3.72 %-i Sumqayıt, 5.49 %-i Abşeronun payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3556
avatar

Oxşar yazılar