Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Nəsimi rayonunda yerləşən "Holiday İnn Baku" hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb.
TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.