Bakıda çirkab içərisində quş kəsilən sexin fəaliyyəti məhdudlaşdırıldı
03 mart 2020 17:43 (UTC +04:00)

Bakıda çirkab içərisində quş kəsilən sexin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan kəndi R.Səfərov küçəsi 6B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Firudin Mirəhəd oğluna məxsus quş kəsimi sexinə baxış keçirib. 

AQTA-dan Lent.az-a verilən məlumata görə, baxış zamanı antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə məhsulların emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir. 

Aşkar olunan faktlar əsasında agentliyin əməkdaşları qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətini məhdudlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101
avatar

Aygün İbrahimli

Oxşar yazılar