Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri dəyişib.
Lent.az-ın məlumatına görə, icra başçısı Eldar Əzizovun müvafiq əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin olunub.
Daha əvvəl bu vəzifədə çalışan İsrafil Kərimova isə başqa vəzifə verilib. O, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinə müdir müavini təyin edilib.