Bakı Media Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü
23 mart 2020 20:48 (UTC +04:00)

Bakı Media Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Bakı Media Mərkəzi  Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

APA-nın verdiyi məlumata görə, Mərkəz "COVID-19"-la mübarizəyə dəstək məqsədilə fonda 100 min manat məbləğində vəsait köçürüb.

Bakı Media Mərkəzi bildirir ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirəcək.

 

Xatırladaq ki, Bakı Media Mərkəzi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusi video-çarxlar da hazırlayıb. Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar