Azərbaycanın bu bölgəsinə güclü qar yağıb
09 fevral 2020 10:04 (UTC +04:00)

Azərbaycanın bu bölgəsinə güclü qar yağıb

Şimal-qərb bölgəsinə güclü qar yağıb, yollar buz bağlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, fevralın 8-dən başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib. Fevralın 8-dən 9-na keçən gecədən bölgəyə qar yağmağa başlayıb, qarın yağması hazırda davam edir. Bölgədə havanın temperaturu mənfi 4 dərəcədən mənfi 12 dərəcəyə qədər dəyişir. Qax rayon mərkəzində qarın qalınlığı 20 sm, rayonun dağ kəndlərində isə 40 sm-dən yuxarıdır.

Zaqatala rayon mərkəzində qarın qalınlığı 12 sm, dağ ətəyi kəndlərdə isə 25 sm-dən yuxarıdır. Zaqatalada şaxtalı hava şəraitinə görə bir çox yollar buz bağlayıb, avtomobillərin gediş-gəlişində problem yaranıb.
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bölgədə elektrik enerjisinin və təbii qazın verilməsində problem yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3509
avatar

Oxşar yazılar