Azərbaycanda yaşayan əcnəbilərin NƏZƏRİNƏ
28 aprel 2020 10:31 (UTC +04:00)

Azərbaycanda yaşayan əcnəbilərin NƏZƏRİNƏ

Dövlət Miqrasiya Xidməti Azərbaycanda may ayının 1 -31-də olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan digər şəxslərə müraciət edib.

Qurumdan Lent.az-a bildirilib ki, həmin şəxslərin müraciətləri ilə bağlı  mövcud vəziyyət mütəmadi təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.
Ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti may ayının 1 -31-də bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilən hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə)  dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Həmin şıxslər ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin "Facebook", "Twitter" sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2896
avatar

Aygün İbrahimli

Oxşar yazılar