Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonu, Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçiriblər.
AQTA-dan Lent.az-a verilən məlumata görə, su kanalında tələf olmuş, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb. Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Tələf olmuş heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib.
Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.