Azərbaycanda nə qədər həkim var? - STATİSTİKA
03 iyun 2020 11:03 (UTC +04:00)

Azərbaycanda nə qədər həkim var? - STATİSTİKA

2020-ci ilin əvvəlinə ölkədə 31 800 həkim fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, onlardan 21 mini  qadın, 10 800-ü isə kişidir. Həkimlərin 26 800 nəfəri dövlət, 5 mini qeyri-dövlət  tibb müəssisələrində çalışır.

Bildirilib ki, 2019-cu ildə rezidenturanı bitirmiş mütəxəssislərin sayı 278 nəfər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2413
avatar

Oxşar yazılar