“Hazırda Azərbaycanda koronavirusa yoluxan 3 şəxs var. Onların vəziyyəti tam stabildir”.
APA-nın xəbərinə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.