Azərbaycan Respublikasında koronavirus infeksiyasına 30 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.