"Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb".
Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.
Məlumatda bildirilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir:
"Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir".