Azərbaycanda daha 2 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - YENİLƏNİB
29 fevral 2020 15:10 (UTC +04:00)

Azərbaycanda daha 2 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - YENİLƏNİB

Koronavirus aşkarlanan İrandan gələn Azərbaycan vətəndaşlarından biri 1973-cü il doğumludur. Həmin şəxs fevralın 26-da xəstəxanaya daxil olub. O, bir gün Tehranda, 3 gün isə Təbriz şəhərində olub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib. Koronavirus aşkarlanan digər şəxs-1998-ci il təvəllüdlü vətəndaşımız Qum şəhərindən gəlib. O da fevralın 26-da xəstəxanaya daxil olub.  

***

14:53

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Lent.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. 

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4945
avatar

Aygün İbrahimli

Oxşar yazılar