Azərbaycanda bu həkim və arvadı koronavirusa yoluxdu - FOTO
24 aprel 2020 12:40 (UTC +04:00)

Azərbaycanda bu həkim və arvadı koronavirusa yoluxdu - FOTO

Koronavirusla mübarizəyə qoşulan həkimlərimiz arasında da bu virusa tutulanlar var.

Onlardan biri 3 saylı Şəhər Klinik Xəstəxanasının infeksion şöbəsinin müdiri Namiq Nabiyevdir.

Lent.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

“Fevral ayından başlayaraq, Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, Bakı və Bakı ətrafı rayon xəstəxanalarının infeksion qəbulu şöbəsində aktiv çalışmışam. Təxminən 10 gün bundan əvvəl gördüm ki, halsızam, temperaturum var.

Tibb bacılarının birindən termometr istədim və temperaturum 37 dərəcədən yüksək çıxdı. Düzü, fikir vermədim. Fikirləşdim ki, yəqin, adi qrip oluram. Getdikcə ağrılarım kəskinləşir, profilaktik tədbirlər görülsə də, durmadan artırdı. Aprelin 18-də xəstəxanada analiz verdim”.

Həkim bildirib ki, özündə yaranan narahatlıqdan çıxmaq üçün ayın 20-də Referans Klinik Laboratoriya Mərkəzinə müraciət edib:

“Mənim həyat yoldaşım da 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir. Onunla birlikdə yeni analiz verdik. Daha sonra laboratoriya mərkəzindən zəng edib bildirdilər ki, çox təəssüf ki, həyat yoldaşınızda və sizdə cavab müsbət çıxdı. 

Yoldaşımla həmişə çalışırdıq ki, uşaqlardan aralı qalaq. Demək olar ki, ailə üzvlərimizlə əlaqə saxlamırıq. Buna baxmayaraq, onlar da müayinədən keçirildi. Cavablar mənfidir. Hazırda müalicə alırıq, inşallah, tezliklə sağalarıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5501
avatar

Oxşar yazılar