"Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı DMX-ya heç bir müraciət olmayıb".
APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib:
"Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb.
Ölkədə olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir. Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır".