Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən məlumata görə, 2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq.
Məlumatda bildirilib ki, bu tarixdə gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.