Azərbaycana maska istehsalı üçün xammal gətirildi
02 aprel 2020 12:15 (UTC +04:00)

Azərbaycana maska istehsalı üçün xammal gətirildi

“Hökuməti pandemiyaya görə qınamaq olmaz”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov tibbi maska və spirt çatışmazlığı ilə bağlı vəziyyətə münasibət bildirərkən deyib.

İ. Məmmədov bildirib ki, tələbat kəskin artdığı üçün bütün ölkələrdə çatışmazlıq var: “Dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Xammal idxalına rüsumlar, əlavə dəyər vergisi ləğv edilib, güzəştli kreditlər təklif olunub. Bütün şərait yaradılıb ki, maska və spirtin yerli istehsalı təşkil olunsun. İstehsal prosesinin dəqiq gününü və saatını demək həmişə mümkün olmur. Amma spirt məhsulları istehsal olunur, qablaşdırılması problemi vardı. Bu məsələ yoluna qoyulub, amma proses davam edir. Tələbat böyükdür, istehsalın artırılması üçün iş görülür”.

İ. Məmmədov qeyd edib ki, Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb: “Aprelin ilk həftəsində bu işlər başa çatacaq. Avadanlıqların əksəriyyəti qurulub. Dünən gecə təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji və nano-cərrahiyyə maskaların istehsalına başlanacaq. İlk dövrdə gündə 70 min, 80 min ədəd istehsal olunacaq, sonra gündəlik 200 min ədədə çatdırılacaq. Xammalın bir hissəsi ötən gecə Bakıya gətirilib. Ancaq bu gün o xammalı almaq çətindir. Hətta istənilən qiymət təklif esən də, satmırlar. Amma Prezidentin, ölkəmizin nüfuzundan istifadə edərək xammal gətirilir. Yaxın günlərdə bu məsələ həlini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946
avatar

Oxşar yazılar