İndi mediada, sosial şəbəkələrdə, həm də elmi araşdırmalarda COVİD-19 pnevmoniyasının epidemiologiyası, kliniki simptomatikası, profilaktikası və digər aspektləri haqqında vaxtaşırı maarifləndirici məlumatlar verilir. Bəs COVİD-19 xəstəliyinin dəyərləndirilməsində radioloqlar hansı məqamlara diqqət yetirməlidirlər? Bununla bağlı Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova “COVID-19 Pnevmoniyası: Radioloji Aspektləri” mövzusunda ətraflı elmi tədqiqatının nəticələrini açıqlayıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
M.Sultanova qeyd edir ki, ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələri açıqlanıb: “Hər bir sahədə olduğu kimi bu xəstəlikdə də radioloqlar COVİD 19 ailəsinin ayılmaz üzvüdürlər. Xəstəliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl bununla bağlı dünyada mövcud elmi araşdırmaların nəticələrini həmkarlarıma təqdim etmişdim. Bu gün isə COVİD-19 diaqnostikasında əsas kriteriyalar, onların görüntüsünü açıqlamışam. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycanda olan təcrübə əlavə olunub, tədqiqatda öz müşahidələrimizi bölüşmüşük, öz xəstələrimizlə bağlı nəticələri göstərmişik”.
M.Sultanova bildirir ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması çox önəmlidir: “Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.
Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.

Azərbaycan həkiminin koronavirusla bağlı elmi nəticəsi

Aygün İbrahimli
Oxşar yazılar
"Şəhidi aparırdıq, qəfil qardaşına zəng gəldi ki..." - Sürücü Qadir müharibə dəhşətlərini Lent.az-a danışır...
16 avqust 2022 , 17:43
Gəncə sakinləri susuz qalacaq - SƏBƏB
16 avqust 2022 , 15:42
Bu qrupda 150-dən çox bal toplayanlara ŞAD XƏBƏR: Hamısı ali məktəbə qəbul olunacaq
16 avqust 2022 , 15:38
Sabah dənizdə suyun hərarəti 30 dərəcə olacaq - PROQNOZ
16 avqust 2022 , 14:29
Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
16 avqust 2022 , 11:55
Bakıda 14 uşağı GÜN VURDU
16 avqust 2022 , 10:02Ali məktəblərə ixtisas seçimi başladı
16 avqust 2022 , 09:56