Axıska türklərindən Prezidentə məktub: “Sizinlə birgə bütün mübarizələrə hazırıq!”
23 aprel 2020 15:09 (UTC +04:00)

Axıska türklərindən Prezidentə məktub: “Sizinlə birgə bütün mübarizələrə hazırıq!”

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar. 

Lent.az-ın məlumatına görə, sakinlər adından Nurgözəl Rəhimovanın imzaladığı məktubda deyilir: 

“Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.

Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. “El bir olsa, dağ oynadar yerindən”, biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962
avatar

Oxşar yazılar