Aşıq Namiq Prezidentə məktub yazdı: “Siz hər zaman xalqın yanında oldunuz”
23 aprel 2020 18:46 (UTC +04:00)

Aşıq Namiq Prezidentə məktub yazdı: “Siz hər zaman xalqın yanında oldunuz”

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Lent.az-ın məlumatına görə, aşıq Namiq Fərhadoğlu da dövlət başçısına və Birinci vitse-prezidentə məktub ünvanlayıb:

"Möhtərəm cənab Prezident, çox hörmətli Birinci vitse-prezident.

Son dövrlər dünyada yayılmış və Azərbaycanda da aktual məsələyə çevrilmiş yeni növ koronavirusla əlaqədar tərəfinizdən verilən tapşırıq və tövsiyələri, görülən qabaqlayıcı tədbirləri bir vətəndaş kimi yüksək qiymətləndirirəm. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq, dövlətimiz yaranmış çətin vəziyyətdən minimum itkilərlə çıxacaq. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2027
avatar

Oxşar yazılar