Daha çox yaz aylarında özünü büruzə verən, ortaya çıxan əlamətləri ilə gündəlik həyatımızda bizə əziyyət verən allergiya necə yaranır? Başlanğıc mərhələsi hansı əlamətlərlə özünü göstərir? Virus infeksiyası ilə allergiyanın fərqli cəhətləri nələrdir?
Lent.az mövzu ilə bağlı həkim-allerqoloq Nərmin Zakirlinin bu barədə fikirlərini təqdim edir.
Belə ki, burundan gələn yüngül və ya şəffaf ifrazat, virus infeksiyasının və ya allergiyanın başlanğıc mərhələsinin əlamətidir: "Virus infeksiyası zamanı burun axıntısı 5-7 günədək davam edir, allergiya zamanı isə mövsümi və ya illik olur.
Allergiya zamanı burun axıntısı çiçək tozu (polen), toz, heyvan tükü və s. kimi allergenlərlə təmasda olduqda da müşahidə olunur. Virus infeksiyası zamanı burun axıntısı tez-tez qızdırma, zəiflik, boğaz ağrısı və digər simptomlarla müşayiət olunur".
Həkim bildirib ki, soyuq fəsildə burundan yüngül maye axması tamamilə normaldır: "Bunun səbəbi soyuq havada burnun selikli qişa hüceyrələrinin o qədər aktiv işləməməsidir ki, bu da burundakı seliyin həddindən artıq yığılmasına və ifraz olunmasına gətirib çıxarır".
Allergiya ilə virus infeksiyasının fərqi nədir? - Həkim söylədi
1266