Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.
Lent.az xəbər verir ki, mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, aprelin 3-dən parlaqlığın azaldığını, 5-dən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.
Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.