AQTA bu balıq məhsullarının satışına qadağa qoydu - SƏBƏB
10 fevral 2020 17:47 (UTC +04:00)

AQTA bu balıq məhsullarının satışına qadağa qoydu - SƏBƏB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Karona LTD” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirilib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, əhalinin keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı agentlik əməkdaşları həmin məhsulun idxalçısı “Karona LTD”yə məxsus saxlanma anbarında yoxalama keçirib. 

Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kiloqram, donu açıldıqdan sonra qalan çəkisi 800 qram göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Aşkarlanan faktla əlaqədar “Karona LTD” qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2758
avatar

Aygün İbrahimli

Oxşar yazılar