Türkiyədə 84 yaşlı qadın universitetə qəbul imtahanlarında iştirak edib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ordu şəhərində yaşayan Günəş Önürmə gözəl sənətlər ixtisası üzrə təhsil almaq üçün imtahan verib.
84 yaşlı Günəş nənəni imtahana nəvəsi gətirib.
"Yaşıdlarım daha yaşadığımı yaşadım deyir, amma bu düzgün sayılmaz. ABŞ prezidenti Baydenin 79, Roma Papasının 85 yaşı var. Kimsə onlara işə yaramaz demirsə, deməli hər birimiz faydalı ola bilərik", - Günəş nənə bildirib.