Bu gün 28 il sonra 84 yaşlı Güldəstə Ağayeva Cəbrayıl şəhərində öz oğlunun qəbrini ziyarət edib.
Lent.az-ın Cəbrayıla ezam olunan müxbiri xəbər verir ki, oğlu Ramiz Ağayevin məzarı başına gələn Güldəstə ana və oğlanları göz yaşlarına hakim ola bilməyiblər. Məzar qarşısında diz çökən Ağayevlərin bu addımı orada olan jurnalistləri və Cəbrayıl sakinlərini də kövrəldib.
Ramiz Ağayev 1993-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Onun qəbri 28 il idi ki, əsirlikdəydi.
Mövzu ilə bağlı geniş yazını Lent.az-da oxuyacaqsınız.
Bizi izləyin!
Foto: İlkin Nəbiyev