Beynəlxalq Olimpiada Mərkəzinin 6 şagirdi, olimpiada medalçıları Cənubi Koreyanın Qabaqcıql Elmlər və Texnologiyalar Universitetinə (KAIST) tam təqaüdlə qəbul haqqı alıb.
Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, həmin şagirdlər Murad Ağazadə, Abbas Məmmədov, Məhəmməd Yusifov, Zəhra Bayramlı, Fəxri Məmmədli və Murad Eynizadədir.