41 dərəcə isti olacaq - SABAHIN HAVASI
03 avqust 2025 12:05 (UTC +04:00)

41 dərəcə isti olacaq - SABAHIN HAVASI

Avqustun 4-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda günəşli hava gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda temperatur 40 dərəcəyə çata bilər

Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.

Rayonlarda da yağmursuz hava hökm sürəcək

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Bəzi bölgələrdə temperatur 41 dərəcəni keçəcək

Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar