“Təhsil Nazirliyi tərəfindən yaz imtahan sessiyasının başlaması ilə əlaqədar ali təhsil müəsisələrinə tapşırıq verilib ki, sosisal həssas ailələrdən olan tələbələr imtahana buraxılsın”.
APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib. O bildirib ki, tələbə təhsil haqqı ilə bağlı müraciət edibsə, bu sistemdə varsa, o, imtahana iştirak edə bilər:
“Belə tələbələrə dövlət tərəfindən 40 milyon manat ayrılıb. İlkin hesablamalara görə, 20 minə yaxın tələbə əhatə olunacaq və onların təhsil xərci dövlət tərəfindən ödəniləcək”.