
Mərkəzi Neftçilər Xəstəxanasında unikal metodun tətbiqinə başlandı
Mərkəz Neftçilər Xəstəxanasının Urologiya şöbəsində böyrək daşı xəstəliyinin cərrahi müalicəsində ilk dəfə olaraq yeni endoskopik metodun tətbiqinə başlanılıb. Şöbənin cərrahı, urologiya uzmanı dr. Rəşad Məmmədovun APA-ya verdiyi məlumata görə, üç ilə yaxındır şöbədə böyrək daşı xəstəliyi endoskopik lazer texnologiyalarının tətbiqi ilə əməliyyat edilir: “Bu əməliyyat (Perkutan Nefrolitotomiya) standart olaraq xəstənin “üzüstü” vəziyyətində həyata keçirilir. Bu vəziyyətdə xəstələr , özəlliklə yaşlı xəstələr müəyyən qədər risk altında olurlar. Yeni tətbiq etdiyimiz metodda xəstə arxası üstündə qalmaqla “Supin Perkutan Nefrolitotomiya” əməliyyatı icra olunur. Və beləcə xəstənin bütün riskləri minimuma endirilir”.
Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yolla böyrək çıxarılma əməliyyatı) əməliyyatını geniş şəkildə tətbiq edən cərrahdır. Onun elmi işləri beynəlxalq mükafatlara layiq görülüb.
Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yolla böyrək çıxarılma əməliyyatı) əməliyyatını geniş şəkildə tətbiq edən cərrahdır. Onun elmi işləri beynəlxalq mükafatlara layiq görülüb.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20