“Halal” məhsullar istehsal edən müəssisələrə nəzarət ediləcək
Lent.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Dövlət Nəzarəti xidmətinin şöbə müdiri Mənzim Babayev söyləyib.
O, bildirib ki, standartlara uyğun məhsullar istehsal edən müəssisələrə halal sertifikatı veriləcək və bir il müddətində qüvvədə olacaq: “Ancaq bu il ərzində bir və ya iki dəfə həmin müəssisələrdə yoxlama aparılacaq. Əgər müəssisədə məhsulun “halal” standartlarına uyğun istehsal edilmədiyi aşkarlanarsa, “halal” adı altında həmin müəssisədə məhsulun istehsalı dayandırılacaq. Müəssisə digər şərtlərə cavab verərsə, “halal” olmayan məhsullar istehsal edə bilər”.
Mətbuat Konfransında Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşma şöbəsinin rəhbəri Namiq Tağıyev bildirib ki, Azərbaycanda yalnız ət məhsulları ilə bağlı halal standart qəbul olunub: “Bu da ət məhsulunun daha çox istehsal olunması və istehlakçı tərəfindən çox istifadə olunması ilə əlaqədardır. Gələcəkdə əczaçılıq, kosmetika sahələri ilə bağlı standartların qəbulu gözlənilir”.
Ramiz

775