Azərbaycana sualtı seymik stansiyalar gətiriləcək
Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics“ şirkəti stansiyaların texniki şərtlərini Azərbaycana göndərib. Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, avqustun sonlarına qədər sualtı seymik stansiyalar ölkəyə gətiriləcək. O vaxta qədər Azərbaycan tərəfi sualtı seysmik stansiyaların quraşdırılması üçün tələb olunan bütün prosedurları həll edəcək. Stansiyalar sentyabr ayında “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq.
526