Dövlət Komitəsi Ramazan ayında bir sıra tədbirlər keçirəcək
20 iyul 2012 18:40 (UTC +04:00)

Dövlət Komitəsi Ramazan ayında bir sıra tədbirlər keçirəcək

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ramazan ayında milli-mənəvi dəyərlərin düzgün təbliği baxımından maarifçilik işinin gücləndirilməsinə olan zərurəti, ölkədə tolerantlıq ənənələrinin gücləndirilməsi üçün bu ayın yaratdığı münbit şəraiti nəzərə alaraq, xüsusi tədbirlər planı hazırlayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsasən milli-mənəvi dəyərlər sahəsində maarifləndirmə və vətənpərvərlik sahəsində işi nəzərdə tutan tədbirlər planı çərçivəsində dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər Xiyabanının ziyarət edilməsi, “Cəmiyyət və Din” qəzetinin xüsusi buraxılışının çapı, İctimai Televiziyada yayımlanan “Din və Cəmiyyət” proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Ramazan ayı boyunca dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Bununla yanaşı, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak edilməsi, müxtəlif səviyyəli görüşlər keçirilməsi də tədbirlər planına daxil edilib. Ay ərzində Komitə rəhbərliyi tərəfindən Bakıda və bölgələrdə yerli ictimaiyyət nümayəndələri və dini icmalarla görüşlər keçirmək, mövcud problemlərlə tanış olmaq və maarifləndirmə işinə yönəlik tədbirlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar