Bir qrup jurnalist mükafatlandırılıb
Bu gün Bakı şəhər Səbail rayon İcra Hakimiyyətində KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı sədri Vüqar Səfərli, həmçinin bir sıra KİV-in rəhbərləri iştirak edib.
Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəhbərlik etdiyi rayonun icra hakimiyyəti və digər təşkilatları ilə KİV arasındakı münasibətlərdən danışıb. A.Əsgərov Səbail RİH-in media ilə əlaqələrə geniş yer verdiyini, mətbuata daim açıq olduğunu bildirib.
KİV-ə Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli isə ölkədə medianın inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, son illər Azərbaycanda KİV əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.
Tədbir zamanı Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov isə il ərzində rayon haqqında KİV-lərdə dərc olunmuş materialların analizi ilə bağlı təqdimat keçirib. Tədbirinin sonuna Səbail rayon İcra Hakimiyyəti adından jurnalistlərə qiymətli hədiyyələr təqdim edilib.

1327