Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi jurnalistləri təltif etdi - FOTO
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində milli mətbuatın yaranmasının 137 illiyi münasibətilə tədbir keçirilib. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Ramiz Həsənov demokratik inkişafın başlıca amillərindən sayılan azad mətbuatın formalaşmasının, inkişafının Azərbaycan dövlətinin siyasətinin tərkib hissəsi olduğunu söyləyib.
Ramiz Həsənov deyib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülüb və görülməkdədir. Onun sözlərinə görə, 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslanıb: “Prezident İlham Əliyevin fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına göstərdiyi xüsusi diqqəti hər birimiz görürük. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb. Prezidentin sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik yardım göstərilib, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkə başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq təsdiq edilib, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyyə vəsaiti ayrılıb. Ölkə başçısı bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Təbii ki, dövlət qurumları ilə medianın sıx əməkdaşlığı vacib əhəmiyyət daşıyan məsələdir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini uğurla, operativ və peşəkarlıqla işıqlandıran jurnalistlərə təşəkkürümüzü bildiririk”.
Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov isə çıxışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin media işçiləri ilə daima sıx əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, informasiya əldə etmək, məlumat azadlığı, KİV haqqında qanunların tələblərinə uyğun olaraq Komitənin fəaliyyəti haqqında gələn sorğular ən qısa müddətdə cavablandırılır: “Son 1 ildə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun bir neçə dəfə mətbuatla görüşü, müsahibələri, fəaliyyət istiqamətləri üzrə struktur bölmələrin mütəxəssislərinin çıxışları, canlı efirlərdə qonaq qismində iştirakı onu deməyə əsas verir ki, Dövlət Komitəsi söz azadlığının norma və prinsiplərini işində rəhbər tutur. Jurnalistlər Komitənin yeni yaradılmış Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin həyata keçirdiyi dövlət nəzarəti tədbirlərində yaxından iştirak ediblər, təhlükəli, keyfiyyətsiz məhsullarla bağlı ictimaiyyəti operativ olaraq məlumatlandırıblar. Komitənin fəaliyyəti haqqında yazılı mətbuatda, qəzet və jurnallarda yüzlərlə məqalələr çap edilib. İnformasiya açıqlığını maksimum şəkildə təmin etmək üçün Komitənin rəsmi internet səhifəsi günbəgün yenilənir, Azərbaycanın milli standartlarının, dövlət etalonlarının siyahısı verilir, qaynar xətt telefon nömrəsi yayımlanır, təhlükəli məhsulla bağlı müraciət forması və aşkar olunan qanun pozuntuları barədə informasiyalar yerləşdirilir. Komitədə mətbuatla, ictimaiyyətlə əlaqələrin günün tələbləri səviyyəsində qurulması istiqamətində ciddi işlər görülmüşdür. Belə ki, Komitə sədrinin əmri ilə mətbuat və ictimaiyyətlə əlaqələrin informasiya texnologiyaları imkanlarından istifadə etməklə qurulması, dövlət orqanlarında elektron xidmətlərə keçidlə əlaqədar cənab prezidentin Fərman və Sərəncamlarının uğurla icra olunması üçün Komitənin Aparatında İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Vətəndaşlara, ictimaiyyətə daha operativ, çevik və şəffaf xidmət göstərmək üçün Dövlət Komitəsi tərəfindən ciddi işlər görülməkdədir. Yaxın zamanlarda hər birimiz bunun şahidi olacaq, komitə tərəfindən göstərilən elektron xidmətlərin təqdimatını keçirəcəyik”.
Sonda bir qrup media işçisinə Dövlət Komitəsinin sədri Ramiz Həsənov tərəfindən təltif edilmiş Fəxri Fərmanlar verilib. Bu jurnalistlər sırasında Lent.az-ın müxbiri Ramiz Mikayıloğlu da var.
Elşən

1236