Həsən bəy Zərdabi muzeyinin təmirinə 300 min manat ayrıldı
19 iyul 2012 18:39 (UTC +04:00)

Həsən bəy Zərdabi muzeyinin təmirinə 300 min manat ayrıldı

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Zərdab rayonundakı Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar