Ağsuda XVI əsrə aid məscid tapıldı –
Azərbaycanın Ağsu şəhərində XVI əsrə aid qədim məscid tapılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib.
Onun sözlərinə görə, Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada ayrı-ayrı vətəndaşlara verilmiş yeni həyətyanı sahələrində ağır texnika ilə hamarlama işləri aparılarkən üzə çıxmış orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu müəyyənləşdiriblər. Olayla bağlı aidiyyəti orqanlara məlumat verilib və orada hər növ inşaat işlərinin dayandırılması tövsiyə olunub. Həyətyanı sahiblərinə isə başqa yerdə torpaq sahəsi verilib.
Abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılarkən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanın bünövrə hissəsi aşkara çıxarılıb. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Kəşfiyyat qazıntısı zamanı aşkar edilmiş tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır.
Q. Cəbiyev deyib ki, Azərbaycanı Öyrənən və Tədqiq edən Cəmiyyətinin əməkdaşı Cəmil Aleksandroviç-Nasifinin 1926-cı ilə aid məlumatında Ağsuda Şamaxı Cümə məscidinin yaşıdı və tamamilə ona bənzər möhtəşəm məscidin olduğu bildirilir. Nasifinin qeydlərində həmçinin Şıxməzid türbəsi haqqında da məlumat verilir. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məscidi və türbəsi ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunmuş tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məscid XVI əsrin II yarısından intensiv istifadədə olub.
Ekspedisiya rəhbəri bildirib ki, Azərbaycan tarixi üçün böyük əhəmiyyətə malik abidənin ətrafının rəngli lentlərlə bağlanmasına və qorunmasının zəruri olduğu barədə bütün yerli orqanlara müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, su və kanalizasiya xətti üçün xəndək qazan “AS” Şirkətlər Qrupunun inşaatçıları tərəfindən abidədə çox ciddi dağıntılar törədilib: “Dözülməz haldır ki, inşaatçılar hətta arxeoloqların ərazidə tədqiq edərək aşkara çıxarmış olduqları tikinti kompleksinə aid divar, mədəni təbəqə və istehsalat qalıqlarını ekskavatorla dağıdaraq ətrafa səpələyiblər. Bir müddət əvvəl həmin şirkətin inşaatçıları rayonun Kəlağaylı kəndi ərazisində su xətti üçün xəndək qazarkən I-III əsrlərə aid nadir alban mədəniyyəti nümunələrini də dağıdıblar. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna əsasən, abidələrin qorunması haqqında qanunvericiliyi pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Artıq törədilmiş dağıntılarla bağlı ekspedisiya rəhbərliyi tərəfindən aidiyyəti orqanlara, o cümlədən Ağsu Rayon Prokurorluğuna məlumat verilib”.

1588