Sabah I ixtisas qrupu üzrə qəbul imtahanıdır
19 iyul 2012 11:21 (UTC +04:00)

Sabah I ixtisas qrupu üzrə qəbul imtahanıdır

Sabah ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

Qeyd edək ki, cari ildə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə keçirilib. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar