Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon manat ayrıldı
18 iyul 2012 19:16 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon manat ayrıldı

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda ünvan reyestri sisteminin yaradılması çərçivəsində mövcud olan və yeni salınan küçə, prospekt, meydan və digər nəqliyyat infrastrukturu obyektlərində yerləşdirilmək üçün ünvan adlarını və nömrələrini əks etdirən müasir dizaynlı lövhələrin hazırlanması və quraşdırılması ilə əlaqədar işlərin cari ildə başlanmasını təmin etmək üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar