
Sabunçuda bir küçəni zibilxanaya döndəriblər - FOTO
Bakının Sabunçu rayonunun eyniadlı qəsəbəsinin bir qrup sakini Lent.az-a müraciət edib. Vəzirov küçəsinin sakinləri Lent.az-a bildiriblər ki, küçədə zibil atmaq üçün nəzərdə ərazi uzun müddətdir, təmizlənmir. Xeyli vaxtdır, zibilyığan maşınları bu küçədə görən olmayıb. Sakinlərin sözlərinə görə, nəticədə ətrafda antisanitariya yaranıb ki, bu da insanların sağlamlığına ciddi təsir edir. Sakinlər deyir ki, zibilxanaların vaxtında təmizlənməməsi pis qoxu əmələ gətirməklə yanaşı, həm də infeksiya yayıcılarının artmasına səbəb olur. Yay aylarında vəziyyətin daha dözülməz olduğunu deyən sakinlər, məsələ ilə əlaqədar bir neçə aidiyyatı quruma müraciət etsələr də, sonda heç nəyə nail olmayıblar: “Biz müraciət etməkdən yorulmuşuq, ancaq heç bir nəticəsi yoxdur. Gün keçdikcə zibil daha çox əraziyə yayılır. Evlərimizdə üfunət qoxusundan otura bilmirik”.
Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Rüstəm Məmmədov Lent.az-a məsələ ilə bağlı maraqlanacağını söylədi. Daha sonra isə artıq əraziyə zibilyığan maşınlarının göndərildiyini bildirdi.
Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəisi Rüstəm Məmmədov Lent.az-a məsələ ilə bağlı maraqlanacağını söylədi. Daha sonra isə artıq əraziyə zibilyığan maşınlarının göndərildiyini bildirdi.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46