III ixtisas qrupunda qəbul imtahanında 1 nəfər 700 bal toplayıb
18 iyul 2012 12:22 (UTC +04:00)

III ixtisas qrupunda qəbul imtahanında 1 nəfər 700 bal toplayıb

Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu, Bakının 72 nömrəli məktəbinin şagirdidir. İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib. Ümumilikdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, iyulun 14-də keçirilən imtahanın nəticələrinə əsasən, 9038 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar