Qadınlara qara xəbər
Kosmetika məhsullarının şəkərli diabet riskini artırırmış. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Harvard Tibb Məktəbinin nəzdindəki “Brigham and Womens Hospital”-ın apardığı son elmi araşdırma qadınların istifadə etdiyi bəzi kosmetika məhsullarının tərkibində olan ftalat adlı maddənin şəkərli diabet riskini artırdığını üzə çıxarıb.
Araşdırmaya rəhbərlik edən professor Tamarra James-Todd deyib ki, araşdırma 2001-2008-ci illər arasında 20-80 yaşlı 2 min 350 qadın üzərində aparılıb. Məlum olub ki, gözüstü boya, saç jeleləri, sabun və şampunlarda rast gəlinən bu maddə qan şəkərinin miqdarını pozur. Qanlarında mono-benzil ftalat ve mono-isobutil ftalat adlı kimyəvi maddələrin yüksək səviyyədə olduğu qadınlarda şəkərli diabet riskinin digərlərindən iki qat artıq olduğu müəyyənləşib.

957