Qaz şikayətləri açıqlandı
17 iyul 2012 18:00 (UTC +04:00)

Qaz şikayətləri açıqlandı

Bu ilin birinci yarısında “Azəriqaz” İstehsalat Birliyinin 185 nömrəli “qaynar xətt”inə 6879 müraciət daxil olub.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 111-i isə regionlarda yaşayan vətəndaşlar tərəfindən edilib.

Ümumilikdə “qaynar xətt”ə Bakı şəhəri, Abşeron və Sumqayıt üzrə 6768 müraciət daxil olub ki, onlardan da 3960-ı və ya təqribən 59 faizi qaz sayğaclarının koda düşməsi ilə bağlıdır. Təbii qazdan istifadəyə görə yaranmış borcun araşdırılması ilə bağlı 840, qazın təzyiqi ilə əlaqədar 172, qaz xətlərində nasazlıqlarla bağlı isə 227 zəng qəbul edilib. 75 müraciət kartın sayğaca yüklənməsi, 16 müraciət layihə sənədlərinin hazırlanması mövzusunda olub. Müraciətlərin 1500-ə yaxını müxtəlif xarakterli digər məsələləri əhatə edib. Demək olar ki, regionlar üzrə edilmiş müraciətlər xaraktercə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə eyni olub. Cari ilin birinci yarısında ən çox müraciət (1671 müraciət) havaların qarlı-şaxtalı keçdiyi fevral ayına təsadüf edib.

“Azəriqaz” İstehsalat Birliyinin “qaynar xətt”inə edilən bütün müraciətlər qeydə alınaraq, İstehsalat Birliyinin müvafiq struktur bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar