ABBYY Azərbaycan dilinin morfologiya modulunu hazırladığını açıqladı
Sənədlərin tanınması və daxili edilməsi, linqvistika və tərcümə sahəsində aparıcı proqram təminatı və xidmətlər təchizatçısı olan Rusiyanın ABBYY şirkəti Azərbaycan dili üçün morfologiya modulunun işlənib tamamlandığını açıqlayıb. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkət morfologiya modulunu skaner, faks və çoxfunksiyalı qurğulardan alınan sənədlər və PDF-faylların emalı üçün yeni yüksək məhsuldarlıqlı “ABBYY Recognition Server 3.5” server həllinə daxil edib.
ABBYY şirkətinə lokal dəstəyi morfologiya sınağı üçün material təqdim edən ABBYY-nin Azərbaycandakı sertifikatlaşdırılmış tərəfdaşı SINAM şirkəti göstərib. Ekspertlərin fikrincə, morfologiyanın dəstəklənməsi Azərbaycan dilində olan mətnlərin düzgün tanınması faizini xeyli artıracaq və bununla da ABBYY-nin həllərini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları layihələrində tətbiqini genişləndirəcək.

1025