Elşad İsgəndərov: “Şadam ki, QMİ xüsusi xütbə hazırlayacaq”
17 iyul 2012 12:00 (UTC +04:00)

Elşad İsgəndərov: “Şadam ki, QMİ xüsusi xütbə hazırlayacaq”

“Biz dini məsələlərə müdaxilə edə bilmərik, amma axund və qazilərin fəaliyyətindən böyük gözləntilər var”. Lent.az-ıq verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov söyləyib.

O bildirib ki, cəmiyyətdə din, milli mədəniyyət sahəsində maarifləndirmə işləri aparılmalıdır: “Din xadimləri ixtilaf doğuran məsələlərdən yayınmalıdır. Niyyət pis olanda mübahisə açılır. Milli birliyimiz, vəhdətimiz din sahəsində də qorunmalıdır. Dövlət millətçi, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır. Din də o cümlədən. Biz həyatını istənilən an torpağımız uğrunda canını fəda verməyə hazır gənc hazırlamaq istəyiriksə, bu məsələləri nəzərə almaıyıq”.

Komitə sədri Ramazan ayında ilk növbədə şəhid və qazi ailələrinin ehtiyacları ilə maraqlanılmasını zəruri sayıb: “Biz bu ay əsas məqamı nəzərdən qaçırmamalıyıq. Söhbət nəfslə mübarizədən gedir. Biz peyğəmbərimizin həyatından bilirik ki, hətta din düşməni olan insanlara da yumşaq, tolerant yanaşmalıyıq. Bu yanaşma radikal gənclərə tövsiyyə edilməlidir. Mən daha yaxşı müsəlmanam, sənin namazın səhv, mənim namazım düzdür yanaşması da yanlışdır. Peyğəmbərimizin qoyduğu yolla, üslubla məsələlər çatdırılmalıdır. Dövlət də əxlaqlı, mənəvi, mərd, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır və din də bunu tələb edir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi ilə bizim aramızda əlaqələr olmalıdır. Bəzən yerlərdən Dövlət Komitəsinin nümayəndələri bizə bildirilir ki, əlaqə saxlanılmır. Əlaqə saxlanılmalıdır. Bu gün Azərbaycanda elə siyasi partiya, dövlət qurumu tapmaq olmaz ki, həftədə bir dəfə, cümə günü on minlərlə insana xitab etsin. Bu xitabda Azərbaycanın maraqları, milli dəyələri əsas olmalıdır. Ona görə də mən şadam ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi xütbə hazırlanacaq. Bu, həm də insanlardan gələn bir tələbdir. Bir ölkənin vətəndaşı ölkənin bir tərəfindəki məsciddən digər məscidə gedəndə fərqli fikirlər eşitməməlidir”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar