Çin Təhsil Nazirliyi ilə saziş imzalanıb
Azərbaycan Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
APA-nın məlumatına görə, sazişə təhsil naziri Misir Mərdanov və Çinin Azərbaycandakı səfiri Honq Juyin imza atıblar.
Sazişdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim və tələbə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Çin universitetlərində 31 nəfər azərbaycanlı dövlət xətti ilə təhsil alır. Bu vaxtadək Çində təhsil alanların 17-si məzun olub. Azərbaycanda isə hazırda 207 nəfər Çin vətəndaşı təhsil alır.

1259