XİN Tanzaniyanın Dağlıq Qarabağla bağlı mövqeyini araşdırır
Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya Xarici İşlər Nazirliyinin viza alınması tələb olunan ölkələrin siyahısına Dağlıq Qarabağın adını daxil etməsi ilə bağlı məlumatı araşdırır.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
“Biz bu məsələni araşdırırıq. Rəsmi cavab alan kimi bu barədə məlumat verəcəyik. Ola bilsin ki, bu yalnız texniki səhvdir”.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Tanzaniya Xarici İşlər Nazirliyi səfər etmək üçün viza alınmalı olan ölkələrin siyahısına Dağlıq Qarabağın da adını daxil edib. Vizanın qiyməti 50 dollardır.

512