Kürün suyu artıb
13 iyul 2012 13:06 (UTC +04:00)

Kürün suyu artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara bölgəsi çaylarında 130-260, Naxçıvan MR çaylarında isə 105-110 faizini təşkil edir.

İyulun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 195 m3/s, ongünlük normanın 94 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 75 faizini təşkil edib.

Son dörd gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 23 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 120 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 94 m3/s təşkil etmiş və ongünlük normanın 84 faizinə bərabər olub.

Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. Belə ki, iyulun 9-dan başlayaraq Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 65 sm, iyulun 11-dən başlayaraq Şirvanda 42 sm, Salyanda 35 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2011-ci il iyulun 13-də 447 sm), Şirvanda 326 sm (2011-ci il iyulun 13-də 329 sm ), Salyanda 258 sm (2011-ci il iyulun 13-də 317 sm), Bankədə 2343 sm (2011-ci il iyulun 13-də 261sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2011-ci il iyulun 13-də 185 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar